Umayra Tağıyeva
20 avqust 2022 17:31 (UTC +04:00)

Umayra Tağıyeva

Umayra Tağıyevadan meşə yanğınları ilə bağlı açıqlama

"Uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir".

Lent.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır:

"Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır. Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır. Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması, söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər. İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir. Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826
avatar

Oxşar yazılar