Ukraynada həlak olan azərbaycanlı döyüşçünün xanımı DANIŞDI   - VİDEO
17 noyabr 2022 18:50 (UTC +04:00)

Ukraynada həlak olan azərbaycanlı döyüşçünün xanımı DANIŞDI - VİDEO

Ukrayna-Rusiya savaşında həlak olan Sabir Qəzənfərov dünən dəfn olunub.

Bu barədə Lent.az-a danışan jurnalist İdrak Camalbəyli bildirib ki, Kiyevdə Ukraynanın müdafiəsi uğrunda həlak olan azərbaycanlı ilə vida mərasimi keçirilib. 

"Mərasimdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun nümayəndələri, Ukrayna Radasının bir neçə deputatı, Krım tatarlarının liderlərindən biri Rüfət Çibarov, Sabirin döyüş yoldaşları, orada yaşayan həmyerlilərimiz və xanımı iştirak edib. Əsas təşkilatçı isə hazırda Ukrayna cəbhəsində döyüşən Vidadi İsrafilov idi. Cənazənin gətirilməsini, vida və dəfn mərasimlərini təşkil edən həmin şəxsdir.

Sabir Qəzənfərov könüllü döyüşçü olub. O, Baxmut istiqamətində Rusiya hərbçiləri ilə döyüşlərdə qəhrəmancasına həlak olub. Onun həyat yoldaşı da Ukrayna uğrunda savaşda döyüşür".  

Mərhum azərbaycanlının xanımı Katyanın sözlərinə görə, o, Sabirlə birgə müharibənin ilk günlərindən bu prosesə qoşulub:

"Həyat yoldaşım Sabir Qəzənfərov könüllü dəstələrə qoşulub, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas edib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib".

Katya onu da əlavə etdi ki, 5 ildir evli olduğu Sabir Özbəkistanda doğulan azərbaycanlıdır:

"O, valideynlərini 10 yaşında itirib. Sabir Ukrayna Silahlı Qüvvələrində xidmət edirdi. O, maşında yoldaşları ilə birlikdə döyüş tapşırığını yerinə yetirməyə gedərkən, Yeroslav adlı əsgərlə bir yerdə həlak olub. Üç nəfər isə yaralanıb. Mən də Ukrayna Silahlı Qüvvələrində həkim kimi xidmət edirəm".

Qeyd edək ki, son 8 ayda Ukrayna uğrunda (döyüş şəraitində) həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.

Ukraynada həlak olan azərbaycanlı Sabir Qəzənfərovun vida və dəfn mərasimi keçirildi

# 3546
avatar

Nigar Namiq

Oxşar yazılar

Yanvar Avropada tarixdə  ən isti   aylardan biri olub

Yanvar Avropada tarixdə ən isti aylardan biri olub

9 fevral 2023 , 01:13
Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO  - VİDEO

Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO - VİDEO

8 fevral 2023 , 22:28
FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO  - VİDEO

FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO - VİDEO

8 fevral 2023 , 21:49
Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

8 fevral 2023 , 18:58
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

8 fevral 2023 , 18:45
Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

8 fevral 2023 , 18:27
Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

8 fevral 2023 , 17:55
XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq

XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq, yollar buz bağlayacaq

8 fevral 2023 , 16:37