Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakıda Xocalı abidəsini ziyarət edib.
Lent.az xəbər verir ki, bu barədə səfir özünün “Twitter” hesabında bildirib.
“30 il əvvəl baş vermiş Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələrinin qoyulmasında iştirak etdim. Ukrayna Azərbaycan xalqının dərdinə şərikdir!”, - deyə qeyd edib.