Ucara yağan qar fəsadlar törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarından aran bölgəsinə yağmağa başlayan qar rayonun elektrik təsərrüfatına ziyan vurub. Rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
"Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ucar Elektrik Şəbəkəsindən APA-ya bildirilib ki, qar səbəbindən elektrik naqillərində qırılmalar baş verib. Nəticədə rayonun Qazyan, Qarabörk, Lək və Xalac kəndlərinə enerjinin təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda təmir briqadası yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. Yaxın saatlarda problem yaranmış yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunacaq.