"TURKOVAC" dan sonra sıra Azərbaycandadır? - Yerli peyvəndlə bağlı RƏSMİ AÇIQLAMA
25 iyun 2021 11:52 (UTC +04:00)

"TURKOVAC"dan sonra sıra Azərbaycandadır? - Yerli peyvəndlə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “TURKOVAC”ın könüllülər üzərində tətbiqinə başlanıb.

Maraqlıdır, Azərbaycanda koronavirus əleyhinə peyvənd hazırlığında hansı işlər görülür?

Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Afiq Məmmədov bununla bağlı Lent.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə birmənalı olaraq bu sahədə heç bir iş aparılmır:

“Buna səbəb bizə lazım olan infrastrukturun olmamasıdır. İnfrastrukturun qurulması üçün hədsiz böyük məbləğ lazımdır. Peyvənd hazırlanan ölkələr bunun üçün külli miqdarda vəsait xərcləyirlər”.

A.Məmmədov qeyd edib ki, hazırda azərbaycanlı alimlər ölkədən kənarda peyvənd hazırlanmasında yaxından iştirak edirlər:

"Onlardan biri AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov Türkiyənin Akdeniz Universitetində, digəri isə professor Vidadi Yusifovdur. V.Yusifov Amerikanın İndiana Universitetində COVID-19-a qarşı vaksin hazırlanmasında iştirak edir”.

Qurumun əməkdaşı əlavə edib ki, Azərbaycanda hazırda daha çox peyvənd hazırlanmasında iştirak edə biləcək kadrlar hazırlanır:

“Gələcəkdə peyvənd hazırlığı ilə də məşğul olacağıq. Bunun üçün isə zamana ehtiyacımız var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3846
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar