Türkiyəyə səyahətlə bağlı daha bir  YENİLİK
30 mart 2021 12:08 (UTC +04:00)

Türkiyəyə səyahətlə bağlı daha bir YENİLİK

Xəbər verildiyi kimi, bu il aprelin 1-dən Türkiyəyə yalnız şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq.

Əksəriyyət, xüsusən də turizm sənayesinin inkişafı üçün əlverişli imkanlar yaradan bu proseslə bağlı qaranlıq qalan suallar da var. Onlardan biri şəxsiyyət vəsiqəsi ilə  Türkiyəyə aviabiletin alınmasıdır.

Azərbaycan Hava Yolları (“AZAL”) Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Paşa Kəsəmənski Lent.az-a açıqlamasında bu suala aydınlıq gətirib. O bildirib ki, aprelin 1-dən şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə təyyarə bileti almaq texniki cəhətdən mümkün olacaq. Onun sözlərinə görə, qardaş ölkəyə səyahətlə bağlı əlavə yeniliklər ictimaiyyətə çatdırılacaq.

“Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov isə həmin protokolu müqaviləyə çevirməyin lazım olduğunu bildirib:

“Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanan sazişə dəyişikliklər edilməsi haqqında hökumətlər arasında 1 saylı protokolu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

Protokola görə hər iki ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə 90 gün sərbəst qalmaqla bir-birlərinə səfər edə biləcəklər. Bu, iki qardaş ölkə arasında atılmış gözəl bir körpüdür. Hesab edirəm ki, bu protokolu genişləndirib müqaviləyə çevirmək lazımdır. Başqa istiqamətlərdə də əlavələr edilməlidir”.

Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi ilə səyahətə imkan verən protokol ötən il dekabrın 20-də hər iki ölkənin XİN rəhbərləri arasında imzalanıb. Həmin protokola görə, artıq Azərbaycan və Türkiyə vətəndaşları xarici pasport almadan bir-birilərinə səyahət edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3923

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07