Türkiyəyə səyahət edəcək şəxslərə kod veriləcək - SƏBƏB
13 mart 2021 14:22 (UTC +04:00)

Türkiyəyə səyahət edəcək şəxslərə kod veriləcək - SƏBƏB

Türkiyə Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının elektron formada qeydiyyata alınması üçün “Türkiyəyə Giriş Anketi” sistemini təkmilləşdirib.

Türkiyə Səfirliyindən APA-ya veriləm məlumata görə, hava yolu ilə xarici ölkələrdən Türkiyəyə səfər edəcək şəxslər səyahət etməzdən 72 saat əvvəl “register.health.gov.tr” saytına daxil olmalı, və “Türkiyəyə Giriş Anketi”ni doldurmalıdır.

Anket doldurulduqdan sonra hər bir şəxs üçün müvafiq kod yaradılacaq və şəxslər bu kodu Türkiyədə səyahət zamanı istifadə edə biləcəklər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar