Tarkan koronavirusa yoluxub.
Lent.az xəbər verir ki, bu barədə müğənninin özü "Instagram" hesabında paylaşıb.
O, paylaşımında çox diqqətli olmasına baxmayaraq, gözəgörünməz bəlaya tuş gəldiyini qeyd edib:
“10 gün öncə koronavirus testim pozitiv çıxdı. Çox diqqət etməyimə baxmayaraq, bu virusa yoluxdum. Amma çox yüngül əlamətlə keçirirəm. Virusa yoluxanda “yaxşı ki, peyvənd vurdurmuşam” dedim”.