Bu günə qədər 438 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
Lent.az xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi və həlak olmuş Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.
Bildirilib ki, onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam etməkdədir.