Türkiyənin dövlət bayrağına hörmətsizlik edən 37 yaşlı Fuad İsmayılov polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, saxlanılan şəxs ilkin izahatında əməlini etiraf edib.
Müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılıb.