TikTok dofomin asılılığı yaradır - Psixoloqdan XƏBƏRDARLIQ
16 yanvar 2024 20:31 (UTC +04:00)

TikTok dofomin asılılığı yaradır - Psixoloqdan XƏBƏRDARLIQ

Rusiyanın tanınmış psixiatr, professor Svetlana Qavrilova maraqlı açıqlama verib.

 Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, psixiatr insanların kütləvi şəkildə zombiləşdirildiyini, narkomaniyaya sürüklədildiyini qeyd edib.

“TikTokda videoçarxların 15-20 saniyə olması izləyicinin beyninə qısa dofomin təsiri göstərir. 15  saniyə ərzində tənqidi məntiq işə düşə bilmir və biz yenidən yeni videoya, yeni dofomin axınına aludə oluruq. TikTok insanın ən çox hansı kontentdən olan videolara maraq göstərdiyini ayırd edir və ona uyğun  seçimlər edir.

Bu izləyicidə daha çox dofomin partlayışı yaradır və narkotik effektinə bərabər effektdir. Real həyat elə qurulub ki, biz bu qədər dofomini həyatdan, hadisələrdən ala bilmirik. Ona görə balaca uşaqıar telefonları əllərindən ağlayır, çığır-bağır salırlar. Elə böyüklər də internet olmadan çox darıxır. Həyatlarında çatışmazlıq hiss edirlər.TikTok izləyicilərdə dofomin asılılığı yaradır”,- psixiatr bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4656
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar