Tezbazar  tikilən evləri su basır  - "Hər şeyi qurumların boynuna qoymaq olmaz"
03 aprel 2026 16:10 (UTC +04:00)

Tezbazar tikilən evləri su basır - "Hər şeyi qurumların boynuna qoymaq olmaz"

1

Havalar isti keçsə də, ötən həftəki yağış suları hələ də bəzi ərazilərdən tam çəkilməyib, evlərdə, həyətlərdə, hətta su altında qalan avtomobillərdə maddi zərərlə nəticələnən vəziyyət yaranıb.

Bəs görəsən, bundan sonra fərdi yaşayış evi alanlar, tikənlər nələrə diqqət etməlidirlər ki, təbii fəlakətlərdə daha çox zərər görməsinlər

Tanınmış memar Cahid Həsənov Lent.az-a açıqlamasında bildirib ki, ilk nnövbədə evlərin inşasında bu cür neqativ halların yaranmasını qurumların üzərinə yönəltmək düzgün deyil:

Ev tikintisi zamanı eskizi, otaq bölgüsü hansısa ustaya yönəldib tez-bazar tikdirib, ora köçmək qətiyyən doğru deyil. İllərdir deyirik ki, memarlıq və şəhərsalmanın özünün qanunları var. Həyətyanı sahə alarkən ilk növbədə onun su qovşağı, kommunikasiya və kanalizasiya xətlərinin qurulması layihəsi ayrıca işlənilməli, həmçinin, hər hansısa bir fərdi yaşayış evinin  əsas xətdən (ana xətt) hüdürlüyünün hesabatı aparılmalıdır. Əvvəllər bələdiyyə torpaqlarından alınmış sənədlə bünövrəni töküb, ev  tikirdilər. Sadaladıqlarımın heç birinə əməl edilmir, ona görə də su gəlir evləri basır.

Bəzi alqı-satqı firmaları da ağına-bozuna baxmadan hazır torpaq alıb, ev tikib, satır. Almaq istəyənlər isə bir dəfə də olsun, həmin yerə bir mühəndis aparıb kommunikasiya sistemlərini yoxlatmır. Yüzlərlə memarlıq şirkətləri var ki, mühəndislərlə birgə çalışırlar. Onlara cuzi məbləğ ödəyərək, həmin yerin analizini aparmaq lazımdır. Ola bilər ki, hazır ev vizual baxımdan yaxşıdır, işıqlandırması, təbii havalandırması əladır, amma kommunikasiya xətləri görünmür, onlar varmı, yoxmu? Bəlli deyil. Görüntüyə aldanıb natariusa gedib, evi satın alırlar, sonra da, problem, problem ardınca gəlir. Görünməz hissədə yerləşən xətləri yalnız mühəndislər müəyyən edə bilirlər.

Su basandan sonra evdə yaranan nəmişlik, rütubət, həyət-bacanın dağılması, vurulan divar kağızlarının qopması, döşəmənin şiməsi ev sahibinə minlərlə manata başa gəlir. Halbuki əvvəldən mühəndislə razılaşıb, müəyyən ödəniş etməklə ömürlük bu problemdən azad olmaq olar”.

Memar qeyd edib ki, Sovet İttifaqı dövründə inşa olunmuş kanalizasiya su ötürücü sistemləri standartlara cavab vermir:

Bakıda bu ilin əvvəlindən bu sistemin tam şəkildə dəyişdirilməsinə start verilib. Bu hal Memarlıq və Şəhərsalma ilində edilən ən yaxşı addımlardandır. 40-50 il bundan əvvəl bu sistem 1 milyon əhaliyə görə hesablanıb qurulubsa, indi paytaxtın yükü 4 milyondur. O vaxt Bakıda bir küçədə cəmi 2 iaşə obyekti, 1 qastronom var idi, amma indi küçənin bir tərəfindən o biri üzünə qədər onlarla iaşə obyektləri, qastronomlar, restoranlar, kafelər, 7-8-9 mərtəbəli evlər, 5-10 min əhali məskunlaşıb. Təbii ki, o dövrün sistemi bu rəqəmlərə cavab vermir, verə də bilməz. O, bu saya uyğun hesablanmayıb, həmçinin istismar müddəti tükənib. Sevindirici tərəfi odur ki, yeni texnologiya ilə qurulan xətlərə start verildiyi üçün artıq bu cür problemlər olmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 892

Oxşar yazılar