"Teleradio"ya baş direktor təyin olundu -  DOSYE
25 oktyabr 2021 15:28 (UTC +04:00)

"Teleradio"ya baş direktor təyin olundu - DOSYE

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Bildirilib ki, bu vəzifə indiyə qədər baş direktor vəzifəsini müvəqqəti icra edən Mikayıl Abbasova həvalə olunub.

M.Abbasov 1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Cıl kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib.

M.Abbasov 1994-cü ildə “Teleradio” İB-in “Peyk rabitəsi” sexində böyük elektromexanik vəzifəsində işə başlayıb, 1995-ci ildən həmin sexin rəisi olub, 1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb, 2004-cü ildən İB-in baş mühəndisi, 2006-cı ildən texniki direktoru vəzifəsinə təyin olunub, bu ilin mart ayından isə baş direktor vəzifəsini müvəqqəti icra edib.

O, 2007-ci ildə rabitə nazirinin əmri ilə “Rabitə ustası” adı, 2008-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı alıb, 2017-ci ildə isə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

M.Abbasov türk, rus, ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.

Mikayıl Abbasov

# 4083
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar