Tələbələrə ŞAD XƏBƏR : Yaxın günlərdə…
17 sentyabr 2021 10:47 (UTC +04:00)

Tələbələrə ŞAD XƏBƏR: Yaxın günlərdə…

“Yaxın günlərdən başlayaraq tələbələrə təhsil kreditlərinin verilməsinə başlanılacaq”.

Lent.az məlumat verir ki, bu sözləri Təhsil Nazirliyi Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, bu ilin oktyabr ayında Təhsil Tələbə Kredit Fondu 40 000-ə qədər tələbəyə təhsil kreditləri verməyi planlaşdırır.

Şöbə müdiri bu il universitetə qəbul olan I kurs tələbələrinin qeydiyyatı üçün ödənişin edilməsi məsələsinə də aydınlıq gətirib.

O deyib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı ödənişi etməlidir:

"Ancaq tələbənin müraciətinə müsbət cavab veriləcəksə, həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək. Tələbə isə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem hazırda yenidir, qaydaya düşdükdən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək".

# 6081
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar