“Bir il ərzində bütün uşaq bağçalarında həm uşaqlar, həm də müəllimlər üzrə bütün sənədləri vahid sistemə toplaya bilmişik. Məlum olub ki, uşaq bağçalarında 5800 nəfər tərbiyəçi müəllimin təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur”.
Lent.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, həmin müəllimlərin işdən çıxarılması hazırda müzakirə mövzusu deyil:
“Proses bitdikdən sonra qanunun tələbi nədirsə ona uyğun da addım atılacaq. Bizim niyyətimiz hansısa müəllimin əmək haqqını kəsmək deyil”.