Təhsil Nazirliyinin mətbuat katibi təhsil ocaqlarının bağlanması ilə bağlı ekspert Kamran Əsədovun iddiasına cavab verib.
Lent.az xəbər verir ki, nazirliyin mətbuat katibi Cəsarət Valehov bağça, məktəb və universitetlərin bağlanması haqda ekspertin iddiasını özünün “Facebook” hesabında cavablandırıb:
“Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir.
Od çərşənbəniz mübarək!”.