Təhsil müəssisələrinə giriş və çıxış TƏLƏBLƏRİ
22 sentyabr 2021 10:39 (UTC +04:00)

Təhsil müəssisələrinə giriş və çıxış TƏLƏBLƏRİ

Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişib.

Lent.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda bildirilib.

Qüvvədə olan qərara əsasən, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunmalı v bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməli idi.

Dəyişikliyə əsasən, 1,5 metr məsafə tələbi 1 metrə endirilib.

Beləliklə, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1metr sosial məsafə təmin olunmalı v bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir.

# 1746
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar