Təcili yardımlar sağ qalma şansı az olan xəstələri götürməyəcək
06 yanvar 2021 19:39 (UTC +04:00)

Təcili yardımlar sağ qalma şansı az olan xəstələri götürməyəcək

ABŞ-ın Los-Anceles ştatında təcili yardım briqadaları yaşamaq şansı az olan insanların xəstəxanalara aparılmasını dayandıracaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, müvafiq əmr ştatın təcili tibbi yardım agentliyi tərəfindən verilib.

Xüsusilə, həkimlərin xəstəni yerindəcə canlandırmaq cəhdlərinə baxmayaraq ürəyi dayanan, nəfəs alma, hərəkət, nəbz və ya qan təzyiqi əlamətləri olmayan xəstələrdən söhbət gedir.

Həkimlərdən də oksigeni qorumaq və yalnız qan oksigen doyma səviyyəsinin 90 faizdan aşağı düşən xəstələrə oksigen təmin etmələri istənilib.

Səlahiyyətlilər xəstəxana çarpayılarının, təcili yardım briqadalarının və tibbi ehtiyatların  kəskin çatışmazlığı səbəbindən belə radikal bir addım atıblar.

Səhiyyə sistemindəki görünməmiş təzyiq səbəbiylə xəstələrin xəstəxanaya yerləşdirilməsini gözləyərkən təcili yardım maşınlarında səkkiz saata qədər vaxt keçirə biləcəyi bildirilir. Eyni zamanda, xəstəxanalar təcili yardıma ehtiyacı olanlara yer ayırmaq üçün xəstələri qısa müddətdə xəstəxanadan buraxmağa çalışırlar.

Rəsmilər, yeni il tətilindən sonra COVID-19 xəstələrinin artması səbəbiylə vəziyyətin yaxın həftələrdə daha da pisləşəcəyindən qorxurlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Oxşar yazılar