Tanınmış teleaparıcı məktəbdə döyülmə faktından danışdı - RƏSMİ REAKSİYA
28 dekabr 2022 12:44 (UTC +04:00)

Tanınmış teleaparıcı məktəbdə döyülmə faktından danışdı - RƏSMİ REAKSİYA

Dünən "Space" TV-nin əməkdaşı Zamirə Dadaşova tərəfindən sosial şəbəkədə oğlunun sinif yoldaşının fiziki təzyiqə məruz qalması ilə bağlı paylaşım edib.

Onun fikirlərinə görə, bu cür hallar ilk dəfə yaşanmayıb.

Məsələ ilə bağlı şagirdin oxuduğu Məktəb-Lisey Kompleksindən Lent.az-a bildirilib ki, dekabrın 27-də məktəbdə VII və IX siniflər üzrə monitorinq (riyaziyyat, tədris dili, ingilis dili fənləri) təşkil olunub. Monitorinq zamanı prosesə qeyri-ixtisas müəllimləri nəzarətçi qismində cəlb edilib.

Qeyd olunan sinfin şagirdləri digər siniflərdə monitorinqin bitdiyini əsas gətirərək müəllimdən prosesi sonlandırmasını istəyiblər. Müəllim sual kitabçalarını toplayıb dəhlizə çıxıb. Sonra digər sənədlərin sinifdə qaldığını xatırlayaraq geri qayıdan zaman sürətlə sinfi tərk edən şagird qapıda onunla toqquşub və sual kitabçaları məktəblinin üzünə toxunub. Müəllim şagirdin zədə almadığını müəyyən edib və evə yola salıb.

Bu gün məktəb rəhbərliyi tərəfindən şagirdlə söhbət aparılıb və valideyni məktəbə dəvət olunub.

# 3006
avatar

Arzu Qurbanlı

Oxşar yazılar