Akademik Ramiz Məmmədov
07 iyun 2021 14:01 (UTC +04:00)

Akademik Ramiz Məmmədov

Tanınmış akademik dəfn olundu - YENİLƏNİB

Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov dəfn olunub.

Lent.az-ın xəbərinə görə, akademik II Fəxri Xiyabanda torpağa tapşırılıb.

***

13:00

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov saat 14.00-da II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Bu barədə Lent.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektoruna müdiri Leyli Namiqqızı məlumat verib. O bildirib ki, ölkədə xüsusi pandemiya şəraiti nəzərə alınmaqla vida mərasimi keçirilməyəcək.

***

10:15

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov 71 yaşında vəfat edib.

AMEA-dan Lent.az-a verilən məlumata görə, Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olmuşdu. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdi. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdı.

Allah rəhmət eləsin!

# 4398
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar