Son dövrlərdə tikilən, istismara verilən, istismarda olan iri infrastruktur layihələrinin faydalı istifadə müddətinin uzadılması üçün lazımi resursların olmaması tariflərin artırılmasında başlıca məqsədlərdən biri olub.
"APA-Economics"in məlumatına görə, bunu "Azərsu" ASC-nin İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib.
Onun sözlərinə görə, istifadə müddəti bitən iri infrastruktur layihələrinin təmirinə ASC tərəfindən çox az vəsait sərf olunur: "Bizim istehsal xərclərinin maya dəyərinin 3-5%-i təmir xərclərinə sərf olunur. Bu da uzunmüddətli dövrdə iri infrastruktur layihələrinin istismar müddətini tamamlanmasına, onların istismarının əlverişsizliyinə gətirib çıxarır və bu məqsədlə tariflərin artırılması zəruri hala çevrilir. Eyni zamanda tariflərin artırılmasında başlıca məqsəd, korporativ məqsədlərlə yanaşı, istehlakçılar tərəfindən suya israfçılığın qarşısının alınmasıdır. ASC-nin əsas məqsədi istehlakçılara içməli su təchizatıdır, amma biz görürük ki, istehlaka təchiz edilən içməli su digər məqsədlər üçün, məsələn, suvarma məqsədləri üçün və ya sənaye sahəsində istifadə olunur. Bu da suyun israfçılığın qarşısını alınmasında təbii ki, ən mühüm problemlərdən birinə çevrilir".