Bugün axşam saat 20:00-dan, sabah səhər 8-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunur ki, sözügedən yolda hərəkətin dayandırılması 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi aparılacaq təmir işləri ilə əlaqədardır. Bu səbəbdən əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.