Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılıb.
Onun sözlərinə görə, bu səbəblə fevralın 25-26-da həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik.