Suriyadan gətirilən 6 qadın və 14 uşaqla bağlı  YENİ XƏBƏR
18 iyun 2021 14:21 (UTC +04:00)

Suriyadan gətirilən 6 qadın və 14 uşaqla bağlı YENİ XƏBƏR

Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, 6-sı qadın, 14-ü uşaq olan Azərbaycan vətəndaşları vətənə repatriasiya olunduqdan sonra onların  reablitasiya və reinteqrasiya işləri həyata keçirilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycan hökumətinin gördüyü mərhələli tədbirlərin davamı olaraq, həmin şəxslər reablitasiya proqramına cəlb ediliblər. Onların reabilitasiyası fərdi plan əsasında Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən aparılır. Reablitasiya və reinteqrasiya tədbirləri aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

# 2208
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar