Sumqayıtdan Bakıya gələn qatarlar gecikir
30 iyun 2021 10:02 (UTC +04:00)

Sumqayıtdan Bakıya gələn qatarlar gecikir

Güclü külək Bakı-Sumqayıt qatarının hərəkətinin dayanmasına səbəb olub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb:

“Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır”.

# 1860
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar