“Sumqayıtda qarlı hava ilə əlaqədar dünəndən 34 nəfər yıxılaraq sınıq xəsarəti alıb”.
Bunu APA-ya Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib. O bildirib ki, 20 nəfər isə əzilib:
“Sınıq xəsarəti alanlardan 21-i kişi, 13-ü qadındır. Əzilənlərdən isə 15-i kişi, 5-i qadındır. Hamısına ambulator yardım göstərilib, evə buraxılıb”.