Sumqayıtda qarlı hava ilə əlaqədar 21 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 13 nəfər isə əzilib.
Bunu APA-ya açıqlamasında Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib.
Onun sözlərinə görə, sınıq xəsarəti alanlardan 4-ü və əzilənlərdən 1- uşaqdır.
Xəsarət alanların hər birinə ambulator yardım göstərilərək evə buraxılıb.