Stalinin inanmadığı sabunçulu "Ramzay" - ONU TANI
04 oktyabr 2022 20:15 (UTC +04:00)

Stalinin inanmadığı sabunçulu "Ramzay" - ONU TANI

Məlumat dəqiq göndərilmişdi. Yaponiyadan hücum təhlükəsi yox idi. Məhz bu xəbərdən sonra 18 dviziya, 1.700 tank, 1.500-dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir. Sonradan məhz bu qüvvələrin hesabına Moskva xilas olur. Bu xəbəri Moskvaya, Kremlə göndərən isə bakılı balası Rixard idi. Kreml bir də onu 19 ildən sonra yada salacaqdıı. 1964-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verəcəkdi. 

Lent.az "Onu tanı"da bu dəfə Rixard Zorgedən bəhs edəcək.

Rixard Zorge 1895-ci ilin 4 oktyabrında Bakının Sabunçu kəndində anadan olub. Atası milliyyətcə alman olan Adolf Zorge 1885-ci ildə Bakıya gələrək neft texniki kimi çalşıb. Rixard 13 yaşında, yəni 1898-ci ildə ailəsi ilə birlikdə Almaniyaya qayıdıb. Sonrdan alman ordusuna çağırılıb. İki il sonra yaralanaraq təxris edilib. Gənc yaşlarında kommunist ideologiyasına inanıb. Açıq şəkildə kommunizm ideyalarını müdafiə etməsi və Avropada ona qarşı təzyiqlərin artması nəticəsində Rixard Sovet Sosialist Respublikaları İttifaqına qaçmaq məcburiyyətində qalır. 

Yollandığı ölkədə xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlığa cəlb olunması Rixard Zorgenin həyatında yeni və daha mühüm bir mərhələnin başlanğıcı olur. Zorge qısa müddətdə oduqca məxfi fəaliyyətə keçir. Təsəvvür edin, 1930-1940-cı illərdə sovet-alman münasibətləri mürəkkəb olduğundan R.Zorgenin fəaliyyətinin bəzi sahələri indiyə qədər qaranlıq olaraq qalmaqdadır. Bu barədə elmi ədəbiyyatda məlumat yoxdur. 

Zorge bir kəşfiyyatçı kimi çox böyük istedada malik olub. O, 1939-cu il sovet-alman müqavilələrinə inanan SSRİ rəhbərliyinə 1941-ci ilin yayında SSRİ sərhədlərinə toplanan alman diviziyalarının sayı, onların hücumunun vaxtı və hərbi əməliyyatların sxemi barədə dəqiq məlumatlar verib. Amma Stalin bu məlumatlara inanmayaraq, bunu sovet-alman dostluğuna xələl gətirmək üçün düşmənlərin uydurduğu dezinformasiya hesab edib. 

Faşist Almaniyasının müttəfiqi Yaponiyadan kəşfiyyat məlumatları əldə etmək üçün R.Zorge həmin ölkəyə göndərilib. O, burada müxtəlif ad altında jurnalist kimi fəaliyyət göstərib. Amma 1941-ci ilin oktyabrında yapon polisi R.Zorgeni həbsə alıb və uzun müddət onun ingilis casusu olduğu zənn edilib.  Sonradan onun SSRİ-yə işləməsi aşkarlanıb və buna görə o, 1943-cü ilin sentyabrında ölümə məhkum olunub. Bir ildən sonra isə R.Zorge edam olunub. Ölümündən 20 il sonra, yəni 1964-cü il noyabrın 5-də isə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. 

Zorge Yaponiyada “Ramzay” kod adı altında fəaliyyət göstərib. Zorgenin 1941-ci ilin 15 iyun tarixində radio vasitəsi ilə göndərdiyi müharibə 22 iyunda başlayacaq xəbərinə Stalin inanmır. Stalinə Zorgenin sözügedən xəbəri çatdırılan zaman o, belə bir fikir səsləndirir: “Yaponiyada fabriklərin və fahişəxanaların yaradılması ilə məşğul olan bir əclaf var və həmin əclaf 22 iyunda almanların bizə hücum edəcəyi barədə "məxfi" məlumat göndərir. Məndən buna inanmağımı gözləyirsiniz”. Amma Rəhbər yanılırdı.

Rixard Zorgenin, 20-ci əsrin ən möhtəşəm kəşfiyyatçısının xatirəsi keçmiş SSRİ-də əziz tutulur.

Eləcə də Azərbaycanda. Uşaq yaşlarından atasının işi səbəbindən Bakıdan Berlinə köçən Zorge bir daha buranı ziyarət edə bilməyib. Zorge xatirələrində Azərbaycan barədə deyir: “Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim. Bəla burasındadır ki, azərbaycanca bir söz belə  bilmirəm. 

1981-ci ildə Bakıda heykəltəraş V. Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilib. Bundan əlavə Bakının Nəsimi rayonu ərazisində xəfiyyənin adını daşıyan küçə də var..

# 7077
avatar

Səbuhi Sədəf

Oxşar yazılar

Ermənilər Qafandan Zəngilanı  atəşə tutdu

Ermənilər Qafandan Zəngilanı atəşə tutdu

9 dekabr 2022 , 13:09
40 ildə İLK DƏFƏ: “New York Times”in jurnalistləri kütləvi  tətil etdilər

40 ildə İLK DƏFƏ: “New York Times”in jurnalistləri kütləvi tətil etdilər

8 dekabr 2022 , 16:46
Xameneinin bacısından SEPAH-a ÇAĞIRIŞ:  "Etirazçılara qoşulun!"

Xameneinin bacısından SEPAH-a ÇAĞIRIŞ: "Etirazçılara qoşulun!"

7 dekabr 2022 , 18:16
Rusiyanın “Yeni insanlar”ı onu prezidentliyə namizəd irəli sürəcək

Rusiyanın “Yeni insanlar”ı onu prezidentliyə namizəd irəli sürəcək

7 dekabr 2022 , 18:01
“Bu, əmmaməli şeytanların son çırpınışıdır” - Fazil Mustafa

“Bu, əmmaməli şeytanların son çırpınışıdır” - Fazil Mustafa

7 dekabr 2022 , 16:21
Kəlbəcəri Ağdərədən  atəşə tutdular

Kəlbəcəri Ağdərədən atəşə tutdular

7 dekabr 2022 , 15:35
Rusiya sülhməramlılarının komandanlığına  XƏBƏRDARLIQ

Rusiya sülhməramlılarının komandanlığına XƏBƏRDARLIQ

7 dekabr 2022 , 13:33
Azərbaycan jurnalistləri Xocalıya buraxılmadı - VİDEO

Azərbaycan jurnalistləri Xocalıya buraxılmadı - VİDEO

7 dekabr 2022 , 12:47