Eşşəklə  seçki kampaniyası   keçirdi: 11 namizəddən  çox səs   topladı
02 aprel 2024 17:17 (UTC +04:00)

Eşşəklə seçki kampaniyası keçirdi: 11 namizəddən çox səs topladı

Eşşəklə şəhəri gəzərkən layihələrini izah edən, insanları salamlayan Vətən Partiyasının Aydın Böyükşəhər Bələdiyyəsinin bələdiyyə sədrliyinə namizədi Nail Kaplı seçkidə 1271 səs toplayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Aydında siyasətin rəngarəng siması Nail Kaplı 30 ilə yaxın davam edən siyasi mübarizəsini təslim olmadan təkbaşına davam etdirir. Simpatik rəftarı ilə yanaşı, maraqlı ideyaları və layihələri ilə də diqqət çəkən Kaplı eşşəklə şəhər turları ilə həyata keçirdiyi seçki kampaniyasından sonra aldığı səs sayı açıqlanıb.

Aydın seçki qurumunun məlumatlarına görə, "Çılğın namizəd" kimi tanınan Kaplı, ərazi üzrə 2908 seçki qutusunda etibarlı olan 680 min 833 səs arasından 1271 səs toplayıb.

Cəmi 22 namizədin yarışdığı böyük şəhər bələdiyyə başqanlığı yarışında 11 namizədi geridə qoymağı bacaran Kaplı ona dəstək olan hər kəsə təşəkkür edib.

# 2472
avatar

Oxşar yazılar