Bakı metropolitenin fəaliyyətini bərpa etməsi sosial şəbəkədə də sevinclə qarşılanıb.
Lent.az məlumat verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşımlar etməyə başlayıb.
Onlardan bir neçəsini təqdim edirik:
***
09:00
Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib.
Lent.az xatırladır ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.
Lent.az metrodan görüntüləri təqdim edir: