Siyavuş Aslan və oğlu Çingiz Aslanov
16 sentyabr 2021 12:15 (UTC +04:00)

Siyavuş Aslan və oğlu Çingiz Aslanov

Siyavuş Aslanın küçədə yaşayan oğlu ilə bağlı AÇIQLAMA

Sosial Xidmətlər Agentliyi mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovun küçədə qalması və çətin həyat şəraiti ilə üzləşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Lent.az-ın xəbərində görə, agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov bildirib ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub.

“Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndərilib. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq", -  M. Həşimov vurğulayıb.

# 7062
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar