Şirvanda külək ağacı maşının üstünə aşırdı
12 mart 2021 15:25 (UTC +04:00)

Şirvanda külək ağacı maşının üstünə aşırdı

Şirvanda külək ağacı maşının üstünə aşırdı

Şirvanda küləkli hava bir sıra fəsadlar törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda yağışlı və küləkli hava şəraiti ağacların aşmasına səbəb olub. Dəmir yolu keçidinin yaxınlığında iri gövdəli ağac “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Hadisə yerinə Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları çəlb olunub. Xüsusi avadanlığın köməyi ilə  ağac qaldırılıb və avtomobil ağacın altından çıxarılıb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052
avatar

Oxşar yazılar