Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq -HAVA PROQNOZU
28 may 2021 11:26 (UTC +04:00)

Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq -HAVA PROQNOZU

Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin Lent.az-a verdiyi məlumata görə mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 isti, gündüz 25-29 isti, Bakıda gecə 16-18 isti, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Mayın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mayın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 18-23 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2689

Oxşar yazılar

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

2 iyun 2025 , 12:27
Kirayə müqaviləsi necə bağlanır? - CAVAB

Kirayə müqaviləsi necə bağlanır? - CAVAB

2 iyun 2025 , 11:24
Əməliyyatda “dirilən adam”  – Həkimlər ŞOKDA

Əməliyyatda “dirilən adam” – Həkimlər ŞOKDA

2 iyun 2025 , 10:56
Bu həftə böyük pul qazanacaq  4 BÜRC

Bu həftə böyük pul qazanacaq 4 BÜRC

2 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 iyun 2025 , 08:33
İyunun ilk bazar ertəsi bu BÜRCLƏRƏ xoşbəxtlik  gətirəcək: Əla xəbərlər  vəd edilir

İyunun ilk bazar ertəsi bu BÜRCLƏRƏ xoşbəxtlik gətirəcək: Əla xəbərlər vəd edilir

2 iyun 2025 , 08:07
Hər BÜRC üçün iyun ayının uğurlu tarixləri

Hər BÜRC üçün iyun ayının uğurlu tarixləri

2 iyun 2025 , 00:02
Gecə heç bir halda yeyilməməli olan 5 MEYVƏ

Gecə heç bir halda yeyilməməli olan 5 MEYVƏ

1 iyun 2025 , 18:42