Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu sığorta ilə bağlıdır.
İcbari Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir. İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da, xidmətlər zərfidir.
Maraqlıdır, sığorta ilə göndərilən tibbi müəssisəni dəyişmək olar?
Lent.az xəbər verir ki, sığortaolunan qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 təqvim ili keçdikdən sonra dəyişə bilər.
Vətəndaş yaşadığı ərazini dəyişdikdə isə yeni ərazidəki tibb müəssisəsinə vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət etməlidir.