Əsgərlərə 10 mindən çox məktub göndərilib - NAZİRLİK
30 oktyabr 2020 15:39 (UTC +04:00)

Əsgərlərə 10 mindən çox məktub göndərilib - NAZİRLİK

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin “Əsgərə məktub” layihəsi davam edir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “Əsgərə məktub” layihəsinə qoşulublar.

Dənizçi tələbələr məktublarında Qarabağın azadlığı uğrunda əsgərlərimizin apardığı mübarizədən, işğaldan azad olunan tarixi yurd yerlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından qürurla bəhs ediblər. Onlar mənfur düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildiriblər. Məktublarda o da xüsusi qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır.

Qeyd edək ki, “Azərpoçt”un 1500-ə yaxın poçt şöbəsi və “Şəbəkə” xidmət mərkəzləri vasitəsilə “Əsgərə məktub” layihəsi çərçivəsində bu günə qədər 10 mindən artıq məktub ön cəbhədə xidmət göstərən əsgərlərimizə göndərilib.

“Azərpoçt” bir daha vətəndaşlarımızı “Əsgərə məktub” layihəsinə qoşularaq əsgərlərimizə dəstək olmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar