Məsələ ilə bağlı Lent.az-a Goranboy-Naftalan təhsil sektorunun müdiri Xəyal Məmmədov açıqlama verib.
O bildirib ki, məsələ ilə bağlı direktorun izahatı alınıb:
"Bizdə olan məlumata görə, səs yazısı keçən tədris ilinə aiddir (2021-2022-ci il). Bununla bağlı araşdırmamız davam edir. Direktorun izahatını almışıq. Vəfa Hüseynova həm də məktəbin "8a" sinfinin rəhbəri vəzifəsindədir.
Sizin vasitənizlə şagird və müəllimlərə demək istəyirəm ki, Naftalan şəhər 1 saylı məktəbin bazasında 845 qutu A4 vərəqi var. Valideynlərdən xahiş edirəm ki, belə bir hal bir daha baş verərsə, bizə müraciət etsinlər".