Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB
29 noyabr 2022 21:37 (UTC +04:00)

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru ilə bağlı qərar verilib.

Bu barədə Lent.az-a Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məlumat verib. 

Onun sözlərinə görə, məktəb direktoru Oqtay Şıxıyevin fəaliyyətinə xitam veriləcək:

“Direktor idarəyə çağırıldı. Onun bu məsələ barədə izahatı alındı. Yayılan səs yazısı ötən ilə aiddir. Bu il Oqtay Şıxıyevin 65 yaşı tamam olduğu və direktorlarla bağlı 1 illik bağlanan müqaviləsi bitdiyi üçün onun işinə dekabrın 31-i xitam veriləcək”.

***

saat 14:37

Səs yazısı yayılan direktor regional təhsil idarəsinə çağırılıb.

Bu barədə Lent.az-a Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məlumat verib. 

O qeyd edib ki, hazırda direktorun izahatı alınır:

“Günün sonunadək məsələyə rəsmi münasibət bildiriləcək”.

***
Saat: 12:41

Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb. 

Lent.az xəbər verir ki, Ağsu rayon Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin qadın müəllimlərinin birindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir. 

Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən müəllimdən qalan 5 manatı da istəyir. 

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinə soğru ünvanladıq. 

Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:

"Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək". 

Həmin səsyazısını təqdim edirik:

# 9906
avatar

Fidan İlqar

Oxşar yazılar

Azərbaycanda doğumun  sayı artdı

Azərbaycanda doğumun sayı artdı

31 yanvar 2023 , 20:31
Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

31 yanvar 2023 , 16:27
Metro və marşrutlarda gedişhaqqı artırıldı

Metro və marşrutlarda gedişhaqqı artırıldı

31 yanvar 2023 , 16:00
Bu da oldu: Qayınata  28 yaşlı gəlini   ilə evləndi - FOTO

Bu da oldu: Qayınata 28 yaşlı gəlini ilə evləndi - FOTO

31 yanvar 2023 , 13:24
Emin Əmrullayevə yeni müavin təyin olundu

Emin Əmrullayevə yeni müavin təyin olundu

31 yanvar 2023 , 12:44
Sabah  külək əsəcək   - HAVA PROQNOZU

Sabah külək əsəcək - HAVA PROQNOZU

31 yanvar 2023 , 12:25
Azərbaycanda 215 uşaq övladlığa verilib

Azərbaycanda 215 uşaq övladlığa verilib

31 yanvar 2023 , 11:19
XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

31 yanvar 2023 , 11:05