Ermənistan yanvarın 11-də dövlət sərhədində törətdiyi təxribat nəticəsində verdiyi itkiləri açıqlamağa başlayıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışmada üç hərbçisinin öldüyü, 5 hərbçisinin yaralandığını təsdiqləyib.
Törətdikləri təxribatın qurbanı olanlar sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qəribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayandır (2003-cü il təvəllüdlü).
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.