İyunun 26-27-də Bakıda avtobuslar işləməyəcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən iyunun 27-si saat 00:00-dan iyunun 28-i saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq:
"Məlum olduğu kimi, 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək".
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının əhəmiyyəti, paytaxtda gələn idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərir.