Şənbə günü metro və avtobuslar işləyəcək? -  CAVAB
14 iyul 2021 12:33 (UTC +04:00)

Şənbə günü metro və avtobuslar işləyəcək? - CAVAB

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edib.

Lent.az məlumat verir ki, Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında həftəsonları, o cümlədən 2021-ci il 17 iyul tarixində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilib.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib.

Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

# 2187
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar