Şənbə-bazar kənd yarmarkaları olacaq -  ÜNVANLAR
25 iyun 2021 16:16 (UTC +04:00)

Şənbə-bazar kənd yarmarkaları olacaq - ÜNVANLAR

Kənd Təsərrüfatı Nazirliyi iyunun 26-27-də  Bakı şəhəri və Abşeron rayonu ərazisində 3 fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək.

Qurumdan Lent.az-a verilən məlumata görə, budəfəki yarmarkalarda 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edəcək:

“Yarmarkalarda fermerlər ümumilikdə 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirəcək. Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satılan hər hansı bir məhsulun keyfiyyətində tərəddüd edən alıcılar laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər”.

Bildirilib ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək:

“Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd Bakı və Abşeron sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır”.

“Kənddən şəhərə” yarmarkalarının keçiriləcəyi ünvanlar aşağıdakı kimidir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

# 1377
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17