Səhiyyə Nazirliyi 1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlərin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, problem müşahidə edilən ilk gündən zəruri tədbirlər görülüb:
“Bu məsələ ilə bağlı cihazda problem yarandığı gündən nasazlıq müşahidə edilən böyük ehtiyat hissə İnovasiya və Təchizat Mərkəzindən sifariş olunub. Qarşıdakı bir həftə ərzində cihazdakı problem tam aradan qaldırılacaq. Eyni zamanda, cihaza baxış keçirilməsi üçün Türkiyədən həmin sahə üzrə mütəxəssis də dəvət edilib”.