Şəkidə ərə verilən 15 yaşlı qız  evinə qaytarıldı - RƏSMİ
15 iyul 2021 16:17 (UTC +04:00)

Şəkidə ərə verilən 15 yaşlı qız evinə qaytarıldı - RƏSMİ

Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

O bildirib ki, uşaq nikahının qarşısı komitə ilə birlikdə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndələri ilə birlikdə alınıb: "Yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb. Sözügedən yeniyetmə Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək".

E.Səfərov onu da vurğulayıb ki, ailə uzun müddət hələ nəzarət altında olacaq.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. Şəki Şəhər Rayon Polis Şöbəsində bununla bağlı araşdırma aparılıb və 15 yaşlı M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5472
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar