Səhiyyə işçiləri peyvəndləməyə məcbur edilir? - TƏBİB-dən CAVAB
27 yanvar 2021 10:01 (UTC +04:00)

Səhiyyə işçiləri peyvəndləməyə məcbur edilir? - TƏBİB-dən CAVAB

Yerli media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, səhiyyə işçiləri peyvəndləməyə məcbur edilir. Məcbur edilən tibbi heyət arasında isə vəziyyəti pisləşənlər də var.

Lent.az-ın mövzu ilə bağlı sorğusuna cavab olaraq TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildirilib ki, peyvəndləmə məcburi deyil:

"Ölkədə aparılan peyvəndləmə prosesi könüllü və dövlət hesabınadır".

Xatırladaq ki, birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin iştirakı nəzərdə tutulub.

2-ci mərhələyə isə fevralın 1-dən başlanacaq və tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4860
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar