Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Tədbir iştirakçıları üçün şəhid V.Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda şəhidin atası Sübbuh Babayev ölkəmizdə şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlarla başa çatıb.

Şəhidimizin anım mərasimi keçirildi -VİDEO
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06