Şəhid xəbəri 102 yaşlı  babasına verildi - illər öncəki paylaşımları ürək dağladı
12 noyabr 2025 13:04 (UTC +04:00)

Şəhid xəbəri 102 yaşlı babasına verildi - illər öncəki paylaşımları ürək dağladı

0

Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 20 qəhrəman hərbçidən biri olan 32 yaşlı Emre Altıokun şəhid xəbəri 102 yaşlı babasına verilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Emrə ikinci dəfə ata olmağa hazırlaşırmış. 

Məlumata əsasən, şəhidin 102 yaşlı babası Satılmış Altıoka Samsunda yaşadığı üçün ilk xəbər ona verilib. Qoca baba o an göz yaşlarına qərq olub.

Şehidin anne ve babasının, Kayseri'de yaşayan şehidin hamile eşinin yanında oldukları öğrenildi.

Emre Altıokun bir övladı olub, həyat yoldaşı isə ikinci uşaqlarının doğulmasına az qalmış bu ağır xəbərlə sarsılıb.

Şəhidin evinin qarşısına Türk bayraqları asılıb, hər kəs “Emre Vətəni üçün canını fəda etdi, o bir qəhrəmandır” sözləri ilə duyğularını ifadə edib.

Həmçinin qeyd edək ki, şəhidin sosial media paylaşımları hər kəsi duyğulandırıb. Onun 2017-ci ildə “Facebook” hesabında etdiyi paylaşım, təyyarə qəzasının ardından yenidən gündəmə gəlib. Göylərə və sevdaya işarə edən bu sözlər minlərlə insan tərəfindən duyğulu mesajlarla paylaşılaraq yaddaşlara həkk olunub.

Samsunlu şehit Emre Altıok'un duygulandıran paylaşımları

“Göylərə sevdalandıq”
Altıokun “Instagram” hesabında paylaşdığı digər foto da böyük təsir yaradıb. İzmir şəhərində çəkilmiş fotoda “Türk Yıldızları”nın hava nümayişi əks olunub. Şəhid paylaşımına bu qeydi yazmışdı: “Göklərə sevdalandık… Maviyə, Quşların diyarına…

Samsunlu şehit Emre Altıok'un duygulandıran paylaşımları

Samsunlu şehit Emre Altıok'un duygulandıran paylaşımları

“Uçmaq nə gözəl”

Başqa bir paylaşımında isə Altıok buludların arasında çəkilmiş fotosuna bu misraları əlavə etmişdi: “Uçmaq… Uçmaq nə gözəl, masmavi xoşbəxtlik içində.
Daş yoxdur, tikan yoxdur bu yolçuluqda.
Çıx, çıxa bildiyin qədər; get, gedə bildiyin qədər…”

Bu sözlər şəhidin göylərə olan sevgisini və peşəsinə duyduğu dərin məhəbbəti bir daha ortaya qoyub.

Allah rəhmət eləsin! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar