Şəhid qardaşların ailəsində FACİƏ:  1 yaşlı qızı öldü
01 oktyabr 2021 16:00 (UTC +04:00)

Şəhid qardaşların ailəsində FACİƏ: 1 yaşlı qızı öldü

Vətən Müharibəsi şəhidi Musa Həsənovun kiçik qızı İnci vəfat edib.

Bu barədə Lent.az-a şəhidin anası Nəhayət Həsənova məlumat verib. O bildirib ki, İnci 1 yaş 3 aylıq olanda dünyasını dəyişib:

“Doğulanda problemli olmuşdu. Başında körpücük sümüyü birləşməmişdi, ancaq müalicəsi tədricən gedirdi. Sonra iki oğlum şəhid oldu, 2 ay onları axtardım. Bununla da İncinin müalicəsi dayandı. Sonra türkiyədəki həkimə sənədləri göndərdim. Dedi ki, artıq gecdir. Həm də onun gözü görmürdü və başqa problemləri də var idi. Həkimlər deyirdi ki, yaşasa da 2 yaşadək yaşayacaq. İki oğlumdan sonra nəvəmi də itirdim”.

N.Həsənova qeyd edib ki, iki oğlu eyni gündə - sentyabrın 21-də cəbhəyə yollanıblar:

“İncinin atası Musa sentyabrın 29-u şəhid olmuşdu. Amma noyabrın 5-i onu gətirdilər. Böyük oğlum Tural isə ötən ilin bu günü şəhid olmuşdu. Dekabrın 9-da da onu gətirdilər. İkisi də neytralda qalmışdı. İki oğul Turalın, iki qız Musanın idi. İnci öləndən sonra Musanın bir qızı qaldı. İndi bizim təsəllimiz onlardır”.

Şəhidimizin vəfat edən qızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20144

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04