Şəhərlər və rayonlararası sərnişindaşımaya başlanıldı - "Səfərdən öncə ..."
31 may 2021 09:33 (UTC +04:00)

Şəhərlər və rayonlararası sərnişindaşımaya başlanıldı - "Səfərdən öncə ..."

Bu gün saat 09:00-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşüb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bu barədə Lent.az-a bildirib ki, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub:

"Sərnişinlərə səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmağınız tövsiyə edilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar