"Sosial mediada haqqında xəbər paylaşılan, Bayıl ərazisində xəsarətlərlə dolaşan vətəndaşımızla bağlı məlumatı öyrəndiyimiz andan Sosial Xidmətlər Agentliyi dərhal lazımi addım atıb".
Lent.az məlumat verir ki, bu barədə agentliyin mətbuat katibi Murad Həşimov bildirib. O qeyd edib ki, qurum əməkdaşları əraziyə göndərilib:
"62 yaşlı Cəbrayıl (ad şərtidir) kişinin bədənində əvvəllər yaşadığı xoşagəlməz bir hadisədən sonra yanıq xəsarətləri olduğu müəyyənləşib. O, mütəxəssislərimizin iştirakı ilə təcili tibbi yardım avtomobili ilə 5 saylı Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.
Xəstəxanada müalicə prosesi yekunlaşdıqdan sonra Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsini təmin edəcəyik".