Səfərbərlikdən qayıdanların 1000-dən çox müraciətinə baxılıb
15 yanvar 2021 16:08 (UTC +04:00)

Səfərbərlikdən qayıdanların 1000-dən çox müraciətinə baxılıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 4 gün ərzində 1158 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 108 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

# 1056
avatar

Mehman Nəbiyev

Oxşar yazılar